Hansı özəl klinikaya etibar edirsiz? - SORĞU

Dərini məhv edən qidalar – SİYAHI

  • 2024.05.06 15:59
  • 912 Baxış
Dərini məhv edən qidalar –  SİYAHI
Yaxşı dəriyə sahib olmaq üçün sağlam qidalardan istifadə etmək və müntəzəm dəriyə qulluq rutininə əməl etmək lazımdır. Bu zaman dəri həm daxildən, həm də xaricdən qidalanmış olur.

İstehlak edilən qidalar dərinin yenilənməsini və kollagen istehsalını sürətləndirir. Düzgün qulluq isə dərini sızanaq və qara nöqtələrdən qoruyur.

Ancaq elə qidalar var ki, onları bir dəfə yemək belə dərini məhv edə bilər. Bu cür qidalara üstünlük vermək baxım məhsullarına xərclədiyiniz pulları zibilə atmaq deməkdir.

Medicina.az gözəlliyin bir nömrəli düşməni olan qidaları təqdim edir:

Şəkər: həddindən artıq şəkər istehlakı dəridə sızanaq və qara nöqtələrə səbəb ola bilər.

Şəkərin kollagen və elastin liflərini parçalayaraq dərinin qocalmasını sürətləndirə biləcəyi də düşünülür.

Yağlı və işlənmiş qidalar: “fast food”, qızardılmış yeməklər və çipslər dəridə yağlanma, sızanaq və iltihaba səbəb olur.

Trans yağlar: dərinin təbii yağ balansını poza və dəri sağlamlığına mənfi təsir göstərə bilər.

Süd və süd məhsulları: bəzi ekspertlər süd və süd məhsullarının (məsələn, pendir və qatıq) həddindən artıq istehlakının dəri problemlərini artıra biləcəyini bildirir.

Bu, laktoza dözümsüzlüyü və ya süd zülallarına qarşı həssaslığı olan insanlarda daha çox nəzərə çarpa bilər.

Qlüten: qlütenə qarşı dözümsüzlüyü və ya həssaslığı olan insalarda buğda, arpa və çovdar kimi taxıllar dəri problemləri ilə əlaqələndirilir.

Alkoqol: spirt istehlakı dərinin qurumasına, qızarmasına və iltihabına səbəb olur. Bundan əlavə, spirt dəridəki kollagen və elastin liflərini zəiflədə bilər ki, bu da vaxtından əvvəl qocalmağa gətirib çıxarır.


Aysel