Dəriniz bədəniniz üçün qoruyucu təbəqədir. İnsan dərisində minlərlə parazit, mikrob yaşayır və onların hərəsinin öz funksiyası var.
Dərimizdəki çox canlılar tamamilə zərərsiz olsa da, bəziləri narahatedici problemlər yarada bilər.
“Medicina” xəbər verir ki, dermatoloq Qriqori Qoldinin sözlərinə görə, qoturun dəqiq əlaməti hər yerdə görünə bilər, lakin çox vaxt ayaq barmaqları arasında qaşınma ilə özünü göstərir.
Həkim dəridə parazitlərin yaratdığı bəzi xəstəliklərdən danışıb:
1. Qotur - güclü qaşınma ilə xarakterizə olunur və kiçik gənələrin infeksiyası nəticəsində yaranır. Səpkilərdən sonra yayıla bilər və dəridə qırmızı, kiçik ləkələrə çevrilə bilər. Qotur ciddi bir xəstəlik olmasa da müalicə tələb edir.
2. Demodeks - follikulorum adətən yanaqlar, burun, qaşlar, kirpiklər və alın ətrafında məskunlaşan gənə növüdür. Bu kiçik canlılar ümumiyyətlə, zərərsiz olsalar da, zəif immun sistemi olan insanlarda aktivləşib problem yarada bilərlər.
Daha da pisi, parazitlər öləndə onlar özlərindən sora bakteriyalar qoyurlar ki, bu da insanlarda iltihaba səbəb olur.
Bəzən bunu sızanaqlarla səhv salırlar, lakin demodeks bir-birinə yaxın olan qırmızı və ya irinli qabarcıqlarla başlayır.
3. Anasid qurdları – adətən nazik bağırsaqda olsa da, dəridə də yaşaya bilər. Bu parazitlər yoluxmuş şəxsin nəcisi ilə ötürülür ki, bu da sonda insanın dərisinə nüfuz edir və ayaqlarında qırmızı, qurdabənzər səpkilər şəklində görünür. İnsanlar bu parazitlərə yoluxmuş yerlərdə ayaqyalın gəzməklə yoluxa bilərlər”.
Günay Quluzadə