Omikron variantına yoluxduqda üz və bədən dərisinin iltihabı, səpki və övrə hallarına çox rast gəlinir.
Medicina.az xəbər verir ki, dəridəki ağır dərəcəli dəyişikliklər xəstəliyin nə dərəcədə keçməsindən asılıdır.
Dəridə belə səpkilər virusun təsirindən immunitetin işinin pozulması ilə bağlıdır.
Allergik övrə autoimmun proseslərin alovlanmasından baş verir.
Simptomatikaya uyğun müalicə ilə bütün dəri problemləri də sağala bilir.
Bilmək lazımdır ki, koronavirusda bütün dəri səpkiləri allergiya ilə yox, virusun təsiri ilə bağlıdır. Bu dərman preparatlarını saxlamağa səbəb deyil. Əksinə, aktiv terapiyaya başlamaq lazımdır – deyə Rospotrebnadzorun direktor müavini Tatyana Rujençova bildirib.
Omikron zamanı dəridə, üzdə, dodaqlarda hər hansı allergiyaya bənzər yanma, səpki olarsa, Omikrondan sağalmağı gözləmədən dermatoloqa müraciət edilməlidir.
Dəri əlamətləri 15% xəstələrdə görünür. Dərinin istənilən nahiyəsində qırmızı sızanaqlara bənzər səpkilər meydana çıxır. Bəzən kovidə qarşı dərmanların toksiki təsirindən də dəri immuniteti pozulur.
MEDICINA.AZ
Menim medenimde səpkiler var