Orqanizmin filtri olan qaraciyərdə toksinlərin çoxaldığını göstərən əlamətlər dəridə özünü göstərir.
Medicina.az xəbər verir ki, ilk əlamətlərdən biri dəri səthinin rənginin sarı çalarlı olmasıdır. Eləcə də səbəbsiz olaraq, dəridə göyərmələrin meydana çıxması qaraciyərin yaxşı işləmədiyini göstərir.
Bədən səthində, qollarda xırda tünd qəhvəyi ləkərin çıxması da qaraciyərdən qaynaqlanır.
Əgər belə zahiri əlamətlər varsa, qaraciyərinizi müayinə etdirin.