Hansı özəl klinikaya etibar edirsiz? - SORĞU

Dəri xəstəliyi olanlar çörəkdən imtina etsin - ALİMLƏR

  • 2020.10.19 17:32
  • 2126 Baxış
Dəri xəstəliyi olanlar çörəkdən imtina etsin  - ALİMLƏR



Un məmulatı, xüsusən çörəkdən imtina ekzema, atopik dermatit kimi dəri xəstəliklərinin müalicəsinə təkan verir.


Medicina.az xəbər verir ki, bunu ABŞ alimləri son elmi tədqiqatlarının nəticəsində elan edib.


Milli Biotexnoloji mərkəzin alimləri ağ unun dəri xəstəliklərini aktiv etdiyini bildirib.

Ağ rafinə olunmuş, yəni yumşaq un çox miqdarda qlütendən ibarətdir ki, bu da immun sistem və bağırsaqlara mənfi toksiki təsir edir


Tədqiqatda 170 ekzema xəstəsinin üzərində təcrübə aparılır.

Rasionundan ağ unu çıxaran pasiyentlərin 50%-i dərinin vəziyyətinin yaxşılaşdığını bildirib.

Çörəkdən imtina ekzema və dermatit kimi xəstəliklərin müalicəsində alternativ effektiv yol ola bilər.
Ola bilər ki, hətta bu xəstələrə sonradan dərmanlar da lazım olmasın.


Ekzema və ya atopik dermatit zamanı dəri quruyur, qaşınır, çatlayır, qızarır və heç bir dərman bu simptomları aparmır.