Kakos yağı yağ turşuları baxımından son dərəcə zəngindir.
Medicina.az kakos yağının müxtəlif istifadə üsullarını sadalayır.
Kakos yağı yaraları çox sürətlə sağaldır. Buna görə yaralandığınızda kakos yağını istifadə etməyinizdə fayda var.
Kakos yağı dəri, saç və göz ətrafı qulluq üçün rahatlıqla istifadə edilir. Mütəmadi istifadə zamanı müsbət təsirini göstərir.
Xüsusilə şəkərli xəmir işlərində istifadə olunur. Adətən bitki tərkibli yağlar isindiyində zərərli olarkən, kakos yağı çox isinsə belə, tərkibində olan faydalı xüsusiyyətləri qoruyur.
Yay aylarında evdə smoothie hazırlamağı sevənlər üçün kiçik bir qeyd. Smoothienin içinə bir çay qaşığı kakos yağı töksəniz, həm daha ləzzətli olacaq, həm də arıqlamağınıza kömək edəcək.
Əgər mayonezi evdə hazırlayırsınızsa, içinə günəbaxan yağı yerinə kakos yağı tökün. Bu formada mayonezin içində olan xolesterol səviyyəsini azalda bilərsiniz.
Yumurtaların üzərinə kakos yağı sürtsəniz, saxlanma müddətini uzada bilərsiniz.
Mətbəxdə istifadə etdiyiniz blender və mikser kimi mətbəx alətlərinin paslanmasını istəmirsinizsə, bu alətlərə mütəmadi olaraq kakos yağı sürtə bilərsiniz.(ailem.az)