Hansı özəl klinikaya etibar edirsiz? - SORĞU

Dəri problemlərindən mərciməklə xilas olun! - Möcüzəvi təsirləri

  • 2024.03.11 14:55
  • 1838 Baxış
Dəri problemlərindən mərciməklə xilas olun! -  Möcüzəvi təsirləri
Dəri problemlərindən xilas olmaq istəyənlər üçün evdə asanlıqla tətbiq oluna bilən müxtəlif üsullar var. Ancaq bunlardan ən təsirlisi dəriyə qulluq rutinində mərcimək şirəsinə yer verməkdir.

Medicina.az xəbər verir ki, mərci şirəsi vasitəsilə dərinizin hamar və sağlam görünməsini təmin edə bilərsiniz.

Mərcimək şirəsi dəriyə tətbiq edildikdə, tərkibindəki vitamin və minerallar sayəsində dərinin gənc və sağlam qalmasına kömək edir. Çünki dərini yaxşı nəmləndirir və qidalandırır. Bundan əlavə, dəridəki yaraların və sızanaqların tez sağalmasını təmin edir. Mərci şirəsi çapıqları da azaldır.

Elastikliyi artıraraq qırışların yox olmasına da səbəb olan mərcimək şirəsi dəriyə təbii qulluq vasitələri arasında xüsusi yer tutur.

Şirənin hazırlanması:

Bir ovuc qırmızı mərciməyi yaxşıca yuyun və təmiz bir qazana tökün. Üzərinə su əlavə edib mərciməklər yumşaq hala gələnə qədər bişirin. Bişmiş mərciməkləri əvvəlcə süzgəcdən, sonra ehtiyac yaranarsa, tənzifdən keçirin. Əldə etdiyiniz şirəni təmiz bir bankaya töküb soyumağını gözləyin. Mərcimək şirəsi soyuduqdan sonra pambıq vasitəsilə üzünüzə çəkib təxminən 15-20 dəqiqə saxlaya bilərsiniz. Gözləmə müddətindən sonra üzünüzü ilıq su ilə yaxşıca yuyun. Ardınca sevimli kreminizlə rutini tamamlayın.

Artıq qalan mərcimək şirəsini soyuducuda 3 gün mühafizə etmək olar.

Bu üsulu mütəmadi olaraq tətbiq etsəniz, mərcimək şirəsinin möcüzəvi təsirlərini müşahidə edəcəksiniz.


Aysel