"Dəri problemləri və saç tökülmələri ginekoloji xəstəliklərin əlaməti ola bilər" - VİDEO
"Dəri problemləri və saç tökülmələri ginekoloji xəstəliklərin əlaməti ola bilər" - VİDEO
2021.08.31 15:30
1435 Baxış
"Dəri problemləri və saç tökülmələri bəzən hansısa ginekoloji xəstəliklərin əlaməti ola bilər”.
Medicina.az xəbər verir ki, bu sözləri mama-ginekoloq Şölə Əkbərova MediaPost TV-də çıxışı zamanı bildirib.
Dəri problemlərinin yetkinlik dövrünə təsadüf etdiyini bildirən həkim, yanlış aparılan müalicələrin pasientlərdə ciddi inamsızlıqla nəticələndiyini diqqətə çatdırıb:
"Dəri problemləri istər qızlarda, istərsə də oğlanlarda ən çox yeniyetmə dövrlərindən başlayır. Həmin dövrdə yeniyetmələr özlərinə, güzgüyə və ətrafa qarşı aqressiv olurlar. Keçirilən depressiya valideynlər və həkimlər tərəfindən normal qarşılanmalı, müayinə üsulu və müalicə taktikası xüsusi seçilməlidir. Dəri problemləri bəzən ginekoloji xəstəliklərin, hormonal disfunksiyanın, kista və miomaların xəbərçisi ola bilir. Bəzən dəri problemlərinin aradan qaldırılması zamanı çox ağır dərmanlar istifadə edilir. Belə dərmanlarla bağlı pasientə ciddi xəbərdarlıq edilməlidir, lakin bəzən səhlənkar yanaşılır. Dəri problemlərində çox effektiv olsa da, bu tip dərmanları qəbul etdikdən sonra 6 ay müddətində hamiləlik planlaşdırılmamalıdır. Əks halda, hamiləlik qüsurlu doğuşla nəticələnə bilər. Ona görə də həmin dərmanların istifadəsindən sonra mütləq kontrol müayinələr aparılmalı, qaraciyər enzimləri yoxlanılmalı, qanda müayinələr aparılmalıdır”.