Deputatlığa namizəd Kəmaləddin Qafarov onlayn səsvermədə birincidir.
Medicina.az xəbər verir ki, Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Milli Onkologiya Mərkəzinin Baş direktor müavini olan Kamaləddin Qafarov onlayn səsvermə cədvəlində bütün rəqiblərini üstələyərək birinciliyi əldə edib.
Hazırda o, 6983 səslə digər bütün dairələrin liderlərini də böyük fərqlə qabaqlayır. Kamaləddin Qafarovun namizədliyi 9 saylı Binəqədi ikinci seçki dairəsindən YAP tərəfindən irəli sürülüb.
Xatırladaq ki, direktor müavini 2015-ci ildə 9 saylı Binəqədi İkinci Seçki dairəsindən V çağırış Azərbaycan Respublikası Milli Məclisinin deputatı seçilib.
.