Azərbaycan Respublikasının Milli Məclisində COVID-19 koronavirus infeksiyası ilə bağlı Milli Məclis Aparatının, eyni zamanda deputatlar arasında mütəmadi olaraq testlər aparılıb.
Bu barədə Medicina.az-a Milli Məclis Aparatının Mətbuat və İctimaiyyətlə əlaqələr şöbəsindən xəbər verilib.
Qeyd edilir ki, iyunun 21-də Milli Məclis Aparatının əməkdaşlarından, eyni zamanda deputatlardan COVID-19 infeksiyası ilə bağlı profilaktik test nümunələri alınıb.