"Parlament üzvlərindən də kimlərsə Nazirlər Kabineti yanında Operativ qərargahda təmsil olunsun”.
Medicina.az xəbər verir ki, bunu Parlamentin bugünkü iclasında İnsan Hüquqları komitəsinin sədri, deputat Zahid Oruc deyib.
Z. Oruc bildirib ki, dünyada da epidemioloji qaydaların pozulmasına görə cərimələr, həbslər nəzərdə tutulub:
“Sosial şəbəkələrdə insan hüquq və azadlıqlarının tənzimlənməsi haqqında qəbul etdiyimiz qanunun 3 və 6-cı maddələrində qeyd olunub ki, insan sağlamlığının qorunması üçün digər məhdudlaşdırıcı tədbirlər həyata keçirilə bilər. Ona görə hesab edirəm ki, operativ qərargah həm informasiya məkanında, həm də real praktiki məsələdə operativ addımlar atır. Amma arzulayardım ki, parlament üzvlərindən də kimlərsə Nazirlər Kabineti yanında Operativ qərargahda təmsil olunsun”.