Rusiyanın Primorye vilayətinin şimalında pələng meşəbəyiyə hücum edib.
"Medicina" xəbər verir ki, 55 yaşlı Andrey kənd soveti deputatl parçalanmış halda ölü tapılıb.
Müəyyən edilib ki, ölən şəxs 1996-cı ildən "Primles" müəssisəsində işləyib. 2020-ci ildən Krasnoarmeyski rayonundakı İzmailixinski qəsəbəsinin bələdiyyə komitəsinin deputatı olub. Seçkiyə qədər o, "Primorskoye meşəçiliyi" regional dövlət müəssisəsinin Roşinski filialında bölgə meşəbəyinin köməkçisi vəzifəsində çalışıb. Seçki zamanı o, bölgə meşəbəyi vəzifəsində çalışıb.
Hüquq-mühafizə orqanları ərazidə təhlükəli vəhşi heyvanın olması barədə vətəndaşlara xəbərdarlıq ediblər.
Sosial şəbəkələrdə hadisə yerindən videolar yayılıb. Yırtıcı heyvan Andreyin qolunu qopardıb, başını gəmirib.
medicina.az