Rusiyada parlament deputatı Dmitriy Novikov aprelin 24-də koronavirus şübhəsi ilə xəstəxanaya yerləşdirilib.
Sonuncu dəfə parlamentin palata plenar iclasında aprelin 14-də iştirak edən deputat bir müddət işə gəlməyib. Görünür o özündə xəstəliyin əlamətlərini hiss edib. Öz istəyi ilə təcili yardım çağıran deputat ağciyərlərinin komputer tomoqrafiyasını israrla tələb edib. Onda ikitərəfli iltihab aşkarlanıb.
Medicina.az xəbər verir ki, Novikov jurnalistlərə virusa sürücüsündən yoluxduğundan əmin olduğunu bildirib.
Novikov koronavirusa yoluxan ilk deputat deyil. Eyni fraksiyadan olan Leonid Kalaşnikovda 1 həftə öncə diaqnoz təsdiqlənmişdi. Kalaşnikov da virusa sürücüsündən yoluxub.
Qosdumanın avtoparkından 5 sürücünü xəstəxanaya yerləşdiriblər.