Milli Məclisin deputatı Jalə Əliyevaya ağır itki üz verib.
Medicina.az xəbər verir ki, bu barədə o, sosial şəbəkədə paylaşım edib.
Bildirib ki, onun xalası oğlu dünyasını dəyişib.
"Başlayıb nəslimin yarpaq tökümü...
Bu belə olmadı axı, Rəşad, əziz qardaşım, xalamın gözünün nuru, evinin dirəyi! Belə yarı yolda, bütün sevənlərini gözü yaşlı qoyub getmək? Heç sənə yaraşmadı axı?! Qisməti qürbət olan, Vətəni qürbətə, qürbəti Vətənə sığdıran, hamımızdan nigaran, hamımız üçün narahat qardaşım. Hər zaman nikbin, gülərüz, sülh verən, əlindən yaxşılıqdan başqa heç nə gəlməyən, həyatı boyu heç kimi incitməyən, heç kimin haqqına girməyən, məğrur, qürurlu, əyilməz, ədalətli, mərhəmətli qardaşım! Nə tez doydun, yoruldun bu həyatdan? Axı səndəki həyat eşqi, yaşamaq həvəsi, qurub yaratmaq arzusu bitməz tükənməz idi, mənim böyük ürəkli, uşaq kimi saf qardaşım! Bəylik qismət olmayan, nakam qardaşım!
Səni xalanın bundan düz 50 il əvvəl öz anasının, yəni sənin də, mənim də nənəmizin vəfatına yazdığı misralarıyla ağlayacağam, Rəşad! Yoxluğunu paylaşmağa mənim sözüm acizdir...
Nənəm, di çal, laylanı,Təbrizdə.
Oxşa cavan balanı
Boş qalmış dizin üstdə...
Biz yüz idik, beş qaldıq,
Düzlərdə... peşman qaldıq...
Yurd uçdu, tozu qaldı,
Bu nifağı kim saldı?
Tanrım, nəzər et bizə,
Rəhm et, rüzgarımıza.
O bilinməz dünyaya,
Yolu dönməz dünyaya,
Uçur bir qərib durnam...
Köçür bir qərib durnam..."
Aygün
Medicina.az
Allah cənnətdə yer ayırsın.