Milli Məclisin deputatı Yevda Abramovun səhhətində problem yaranıb.
Medicina.az xəbər verir ki, bu barədə APA-ya istinadən deputatın oğlu məlumat verib.
O bildirib ki, bir neçə gün bundan öncə Yevda Abramov Mərkəzi Klinik Xəstəxanaya yerləşdirilib: "Hazırda o, xəstəxanada müalicə olunur”.
Qeyd edək ki, Yevda Abramov Milli Məclisin İnsan hüquqları komitəsinin sədrinin müavinidir.