Hansı özəl klinikaya etibar edirsiz? - SORĞU

Deputat və siyasətçilər psixi xəstəliklərə çox tutulur – Özlərini bədbəxt hesab edirlər

  • 2019.07.04 15:58
  • 4558 Baxış
Deputat və siyasətçilər psixi xəstəliklərə çox tutulur –  Özlərini bədbəxt hesab edirlər
Siyasətlə məşğul olan şəxslər, millət vəkilləri, politoloq və sosioloqlar işləri və peşələri ilə bağlı stress və anlaşılmaz durumlarda çox olduqlarından özlərini daha bədbəxt və lazımsız hesab edirlər.


Ona görə bu adamlarda psixi pozulmalara daha çox rast gəlinir. Bəlli yaşdan və təqaüdə çıxdıqdan sonra onlar psixiatr müalicələrində olur.

Medicina.az xəbər verir ki, London Kral kollecinin alimləri Britaniya parlamentinin 146 üzvü arasında anonim olaraq onlayn sorğu keçiriblər.


Sorğunun nəticələrinə görə parlament üzvlərinin psixi sağlamlığı 8000 ingiltərə vətəndaşının sorğularına baxdıqda daha pisdir. 

Onların 90%-də güclü depressiya simptomları, özlərini lazımsız, bədbəxt və inamsız hiss etmə açıq-aşkar görünür.


Siyasətçilər diqqətini cəmləməyə bilmir, yuxusuzluqdan əziyyət çəkir, səhərlər və axşamlar təşviş keçirir, psixoloji basqı hiss edir və daim sakitləşmək üçün çarələr axtarırlar.