Azərbaycanda daha bir yazar koronavirusa yoluxub.
"BakuPost"un məlumatına görə, bu barədə millət vəkili Qənirə Paşayeva bildirib.
"COVİD-19-a yoluxmuş və vəziyyəti ağırlaşan dəyərli ziyalımız Noyzalı Əliyevin səhəttindən narahat olan və status yazan bütün insanlarımıza məlumat vermək istəyirəm ki, narahat olmasınlar. TƏBİB rəsmilərinə müraciət etdik və ötən axşam Noyzalı müəllimi Ağciyər Xəstəlikləri İnstitunun reanimasiya şöbəsinə yerləşdirildi.
Ötən gün və bu gün bir neçə dəfə Noyzalı müəllimlə bir neçə dəfə danışdıq. İnşallah Allahın yardımı, həkimlərimizin dəstəyi və onun üçün dua edən insanlarımızın duaları ilə yaxın zamanlarda sağlamlığına qovuşar.
Xəstəxananın rəhbərliyi ilə də danışdıq. Noyzalı müəllimin yüksək səviyyədə müalicəsi və sağalması üçün əllərindən gələni edəcəklərini dedi. Allahdan Noyzalı müəllimə acil şəfalar diləyirik. Dualarınızı əksik etməyin".