Hansı özəl klinikaya etibar edirsiz? - SORĞU

Deputat icbari sığorta sistemini tənqid etdi - Nə üçün pul ödəməliyik?

  • 2021.04.23 11:39
  • 1573 Baxış
Deputat icbari sığorta sistemini tənqid etdi -  Nə üçün pul ödəməliyik?

“Aprelin 1-dən icbari sığorta bütün ölkədə tətbiq olunur. Ancaq yüz minlərlə vətəndaş üçün bir problem yaranıb. Bu yaxınlarda mən deputat həmkarım Qüdrət Həsənquliyevlə birgə peyvənddən sonra antiteli yoxlatmaq üçün xəstəxanaya müraciət etdik. Bunun üçün adama 45 manat ödədik”.

Medicina.az xəbər verir ki, bunu Milli Məclisin bu gün keçirilən iclasında deputat Fazil Mustafa deyib.

“Orada bildirdik ki, əmək haqqımızdan 2%-i yanvarın 1-dən icbari sığortaya köçürürük. Nə üçün pul ödəməliyik? Tətbiq olunubsa bu hamıya aid olmalıdır. Söhbət bizdən getmir. Bu pulu necəsə vermək olar. Ancaq təyinat olaraq yüz minlərlə vətəndaşın harada müayinə olunması açıq olaraq alır. Əgər biz icbari sığortaya hazır deyiliksə, saxlayaq müddəti növbəti ilə. Üstəgəl, pasiyentin həkim seçmək hüququ təmin edilməlidir”, - deyə deputat icbari sığorta sistemində olan çatışmazlıqları tənqid edərkən deyib.

Deputat bildirib ki, əhali arasında çox böyük çaşqınlıq yaranıb: “Yüz minlərlə vətəndaşın təyinat olaraq harada müalicə olunacağı açıq qalır. Bizdə hazırlıq yetərli səviyyədə deyilsə, bunu formal olaraq niyə tətbiq edirik? Onda bunu uzadardıq, 2022-ci ildə tətbiq edərdik".