Hansı özəl klinikaya etibar edirsiz? - SORĞU

Depressiyanın və psixi problemlərin gəzməklə müalicəsi - Terapetdən TÖVSİYƏ

  • 2021.09.27 16:45
  • 1822 Baxış
Depressiyanın  və psixi problemlərin gəzməklə müalicəsi -  Terapetdən TÖVSİYƏ
Müntəzəm olaraq asta addımlarla asudə gəzmək və bu zaman diqqəti ətrafa fokuslamaq mental psixi, ruhi xəstəliklər, depressiya, apatiya riskini azaldır, insanın psixikasını müalicə edir.

Medicina.az xəbər verir ki, rusiyalı terapevt Lidiya İonova gündəlik olaraq təmiz havada 7-9 min addım atmağın diabet, ürək xəstəlikləri, təzyiq kimi depressiyaya da müsbət təsiri var.

"Mərkəzi sinir sisteminin aktivləşdirilməsi ilə ağrı sindromu azalır, beyinə qan dövranı yaxşılaşır, sevinc, razılıq, rahatlıq hissləri yaranır.

Əgər hər gün 8-9 min addım gəzə bilmirsizsə, bunu həftəlik hesablayın. Boş gününüz olan kimi, daha çox addımlayın. Həftədə 60-70 min addım olmalıdır.

Çox gəzmək yaşlandıqda Alsgeymer, qocalıq əqli zəifliyinə qarşı da yaxşı təsir edir”