Bir çox hallarda insanlarda depressiyanın səbəbi araşdırılmadan təyin olunan müalicələr yanlışdır.
"Medicina" xəbər verir ki, nevroloq Eldar Ramazanov depressiyanın müalicəsində yol verilən səhvlərdən danışıb.
"Depressiyanın səbəbi təkcə neqativ düşüncə və stress, nevroz deyil. Belə yanaşma psixiatrik müalicəni effektsiz edir.
Adətən açıq-aşkar problemlər gözdən qaçırılır.
Məsələn, depressiyaların bir səbəbi xroniki infeksiyalardır.
2 depressiyada olan insanların probleminin səbəbi başqa ola bilər.
Herpes, kovid, qrip, kandidoz, disbakterioz, hepatit belə depressiyaya gətirib çıxara bilər.
Xroniki infeksiya mühitində patogenlər arasında şərti müharibə gedir, orqanizmdə iltihabi proses daim aktiv olur.
Və bu proses baş beyində neyronları tədricən zədələyir.
Nəticədə insanda yaddaş pisləşir, apatiya baş verir, əhvalı pozulur.
Yaxşı əhval olması üçün neyron şəbəkə yoxdur.
Ona görə çox vaxt təkcə antidepressant müalicəsi təsirli olmur".
Aygün Musayeva