Son aylar pandemiya ilə bağlı depressiya diaqnozlarının sayı artıb. Gənc nəsil depressiyaya meyilli olub.
Alimlər bu ağır psixi problemin qarşısını alıb və aradan qaldıracaq sadə bir üsulu tapıblar.
Medicina.az xəbər verir ki, Massaçuti İnstitutu və Harvard Universitetinin alimləri yeni elmi araşdırmalarında bu metodu təsdiqləyiblər.
Analizlər göstərib ki, bayquş deyilən, gecə həyatını, işləməyi sevən, gecələr oyaq qalıb, səhərlər yatan insanlarda depressiya riski 2-3 dəfə çoxdur.
Gecələr həyat aktivliyi depressiyaya səbəb olur.
Sutkalıq bioritmlərin pozulması beynin fəaliyyətini də pozur, insanın əhvalı pisləşir.
Depressiyanın qarşısını almaq üçün sadəcə axşam həmişəki saatdan 1-2 saat daha tez yatmaq və səhər 1-2 saat tez oyanmaq lazımdır.
Əgər bir insan əvvəlki rejimini dəyişib, yuxuda heç olmasa 1-2 saat artıq vaxt keçirsə, depressiya 23% azalır.
Depressiyanın müalicəsində də psixiatlar çox yatmağı tövsiyə edir və əksər dərmanların çoxu yuxugətiricidir.
Əgər bir insan axşam saat 10-da yatağa girərsə, depressiya olmaq ehtimalı düz 40% azalır.