Hansı özəl klinikaya etibar edirsiz? - SORĞU

Depressiyanı qidalanma ilə müalicə etmək olar – Zeytun yağına 1 çay qaşığı sarıkök

  • 2019.10.11 15:43
  • 5914 Baxış
Depressiyanı qidalanma ilə müalicə etmək olar  – Zeytun yağına 1 çay qaşığı sarıkök

Alimlər depressiyadan əziyyət çəkən insanlara mütləq qidalanmanı dəyişməyi və bəzi ərzaqları yeməyi məsləhət görür. Əgər bu məsləhətlərə əməl etsəniz, cəmi 3 aya depressiya əlamətlərini xeyli azaldacaqsız.


Medicina.az xəbər verir ki, Makkuori Universitetinin alimləri 75 tələbə üzərində təcrübəsi bunu sübut edib. Tələbələr depressiyadan əziyyət çəkirdi və antidepressantlar qəbul edirdilər. 


Gənclərin rasionu şəkər, doymuş yağlar, termiki işlənmiş ərzaqlar idi. 

75 tələbə 2 qrupa bölünür. Onların yarısına gündə 5 pors tərəvəz və 3 pors meyvə yedizdirilir. 


Eləcə də gündə 3 dəfə tam toxumlu ərzaqlar, 3 pors yağsız ət, yumurta, tofu, paxlalılar, 2 xörək qaşığı təmiz zeytun yağı, 1 çay qaşığı sarıkök və ya darçın yeyilməsi tapşırılır.


Bu ərəfədə fast-food, rafinə olunmuş ərzaqlar, yağ, şəkər menyudan çıxarıır.

3 həftədən sonra sağlam menyuya əməl edən iştirakçılarda əhval müsbətə doğru dəyişib. Antiokdisant, minerallar və vitaminlərlə zəngin qidalar beyni qidalandırır, iltihabı götürür, stresi aradan qaldırır, depressiyanı aradan qaldırır.


21 gündən sonra bu cür qidalanan tələbələrdə depresiya dərəcəsi şkala üzrə 7-dən 4-ə enmişdi. Bu da sağlam insanın göstəricisidir. 

Stress və həyəcan səviyyəsi də 6-7-dən 4 -ə enib. 


Digər qrupda isə hansı ki, əvvəlki qidalanma ilə gedirdilər onlarda depressiya elə əvvəlki səviyyədə qalmışdı.