Alimlər mükafatların insan davranışına təsirini formalaşdıran beyin siqnalını müəyyən ediblər.
Medicina.az xəbər verir ki, bu siqnalın depressiyanın əsas simptomu olan “maraq çatışmazlığını” aradan qaldırmağa kömək edə biləcəyi güman edilir.
Tədqiqatçılar deyirlər ki, bu beyin fəaliyyəti insanların mükafat aldıqdan sonra seçimlərini etmələrində və gələcək davranışlarını formalaşdırmaqda rol oynaya bilər.
Depressiya ilə əlaqəli olduğu aşkar edilən unikal beyin siqnalı depressiyanın "maraq çatışmazlığı" simptomunu müalicə etməyə kömək edə bilər. Bu kəşf depressiya üçün yeni müalicə vasitələrinin inkişafına səbəb ola bilər.
Bildirilir ki, insan beyni bir sıra zehni və fiziki fəaliyyətlərdən, duyğu təcrübələrindən və sosial qarşılıqlı əlaqədən həzz alır. Yemək, hədiyyələr və ya təşəkkür sözləri şəklində mükafatlar həm insanlarda, həm də heyvanlarda beyin və davranışın formalaşmasında mühüm rol oynayır.Lakin alimlər deyirlər ki, bu fenomenin arxasında duran dəqiq beyin prosesləri və onun gələcək davranışa necə təsir etməsi hələ də böyük ölçüdə məlum deyil.
“Nature Communications” jurnalında dərc olunan yeni araşdırmada tədqiqatçılar beynin frontal lobunda mükafatların tanınması ilə əlaqəli əsas proseslərdə rol oynaya biləcək unikal fəaliyyət nümunələrini müəyyən ediblər. Depressiyada olan xəstələrdə spesifik beyin fəaliyyətinin dəyişdiyi müşahidə edilib.
Depressiya ilə mübarizə aparan insanlar anhedoniya səbəbiylə uzun müddət ümidsizlik yaşayırlar. Anhedoniya heç nədən zövq alamamağı ifadə edən tibbi termindir.
Alimlərin sözlərinə görə, depressiya xəstələri “mükafat” kimi qəbul etdikləri şeylərlə qarşılaşdıqda, bu siqnal onların beyinləri tərəfindən göndərilir. Bu səbəbdən gələcəkdə tətbiq olunacaq texnikalarla depressiyanın müəyyən əlamətlərinin praktik olaraq müalicə oluna biləcəyi təxmin edilir.
Aysel