Ruhi mental vəziyyəti yaxşılaşdırmaq üçün kolbasa, çips, qazlı su əvəzinə meyvələr yeyin.
Bakupost.az xəbər verir ki, bu nəticəyə Böyük Britaniyanın Eston universitetinin alimləri gəlib.
Alimlər 428 britaniyalının qidalanması, həyat tərzi və psixi sağlamlığı ulə bağlı araşdırma aparıb.
Analizlər göstərib ki, insanın psixi durumuna 2 qida təsir edir: meyvələr və acı sneklər- çips, kreker və s.
Meyvə yeməyi xoşlayanlarda pozitiv status yüksəkdir, depressiya əlamətləri azdır.
Kimlər ki, daima çips, kreker, suxarı, acılı naggets və s. atışdırır, təşviş, depressiya və yaddaş zəifliyindən əziyyət çəkir.
Alimlər qeyd edir ki, depressiyadan xilas olmaq üçün asan yol qidanı dəyişməkdir.
Daha çox dadlı faydalı meyvələr, giləmeyvələr yeyin.
\