Hansı özəl klinikaya etibar edirsiz? - SORĞU

Depressiyadan necə qurtulmaq olar?

  • 2019.05.02 11:47
  • 20127 Baxış
Depressiyadan necə qurtulmaq olar?
 Depressiya insan ruhunun yorğunluğudur. Hər gün eyni işləri görsək, eyni səhnəyə baxsaq, bunlar artıq bizim üçün alışqanlıq olacaq və heç bir sevinc hissi gətirməyəcək. Çünki biz artıq bu oyunu asan oynayırıq və ona olan marağımız itib. Fikir verin, adətən uşaqlar bir oyuncaqla bir müddət oynadıqdan sonra bezirlər və yeni bir şey axtarırlar.
 

İnsan hadisələrə ağlı və ruhu ilə reaksiya verir. Təkrar olunan hadisələr komfort zonası effekti yaradır. Fərd deyinməyinə və narazılığına baxmadan həyatını dəyişməyə ehtiyac olduğunu düşünmür. İnsan hətta problemləri, məhdudiyytləri belə komfort zonası olaraq qəbul edib ona alışa, baş verənləri həyat norması kimi qəbul edə bilər. Komfort zonasında ruh inkişaf etmir və deqradasiya, yəni insan ruhunun geriləməsi baş verir.  Depressiya vaxtı insanlarda bir-birinə əks iki cür yaşana bilər: çox yemək-iştahasızlıq, ağlağanlıq-güləyənlik, insanlara açır - özünəqapalılıq, işgüzarlıq-tənbəllik, geyiminə diqqət-geyimdə səliqəsizlik və sair. Əşyabazlıq, daim mağazalardan nəsə almaq istəyi də depressiyanın nəticəsi, alış-verişlə depressiyaya qalib gəlmək cəhdi.
Adətən belə düşünürlər ki, həyatında hər bir şeyi qaydasında olanın nə dərdi var. Amma bolluq və işlərinin rəvan getdiyi  bir halda, uğurun içərisində insan depressiyada ola bilər. Lakin hər şey qaydasında olanda insan komfort zonasına düşür və depressiya yaranır. Görüşlərin birində bir qız deyir ki, həyatında hər şey qaydasındadır, amma sevinci yoxdur. Bu, komfort zonasında depressiyanın göstəricisidir. Səbəb isə insanın bədən şüurunda olması, həyatının mənasını və sevincini, xoşbəxtliyini şərtləndirməsidir. Birini sevsəm xoşbəxt olaram, böyük qazancım olsa, xoşbəxt olaram, övladım olsa, xoşbəxt olaram. Bunlar ağlın yaratdığı illyuziyalardır. Səbəbsiz xoşbəxt olmaq ruhun şüurudur. Ruh şüurunda olanda insan hər şeyə sevinir: baharın gəlişinə, qışın gəlməsinə, istiyə, soyuğa, bir şeyin olmasına və olmamasına, heç nədən narazı deyil. Narazılıq aqressiyadır, insanın etirazıdır. Amma insanlar yayda qış istəyir, qışda yay. İnsan ağlı mükəmməllik axtarır və təbii ki, ağılla bunu tapa bilmədiyi üçün üsyanları və nəticə olaraq depressiyalar başlayır. Cəmiyyətimizdə toy, ad günü, hətta yas mərasimlərinə xüsusi təmtəraq verilməsi əslində həyatını bəzəmək və monotonluqdan çıxmaq cəhdidir. Depressiya  ruhun etirazıdır. İnsan özünün varlığını fiziki bədənlə məhdudlaşdırdığı üçün ruhun varlığına əhəmiyyət vermir. Bir gün hesabat günü gəlir və depressiya başlayır. Depressiyadan çıxmaq üçün əvvəlcə bu halda olduğunu anlamaq və onun səbəbini tapmaqdır. Əgər sevdiyiniz bir adam həyatınızdan (vəfat edib, yaxud ayrılmısız) gedibsə, yaxud başqa bir emosional iztirab gətirən hadisə baş veribsə. onu bir daha bütün hisslərinizlə yaşayın. Amma əgər 3 gün bu texnika problemi sizdən uzaqlaşdırmağa kömək etmədisə, başqa üsul tapın. Çünki üç gündən artıq ağrıları yenidən yaşasaz depressiya güclənəcək. Təbiətlə və heyvanlarla ünsiyyətdə olmaq, komediyalara baxmaq da depressiyadan çıxmağın dərmanıdır. Sevincli hisslər yaşayın və bu hissləri köməkçi vasitələrlə edin. Məsələn, qəhqəhə çəkib gülün və bunun üçün səbəb belə axtarmayın. Üzünüzdə daxili təbəssüm olsun. Hər bir hüceyrənizlə gülün, qəhqəhə çəkin. Problemlərin üçünə qəhqəhə çəkin. Bununla siz onlardan güclü olduğunuzu göstərirsiz və neqativin sizi ələ keçirməsinə imkan vermirsiniz. Tədqiqatlar göstərir ki, yüksək təzyiqli insanlar komediya filmlərinə və əyləncəli şoulara baxdığı zaman təzyiqləri qaydaya düşür, kədərli filmlərə baxdıqda isə təzyiq daha da artıq.
Xoşbəxt, yaxud bədbəxt olmağımızı özümüz seçirik. Mən xoşbəxtliyi seçirəm.

Gülnara İnanc, Kvant psixoloqu