Airbnb saytı Pantone rəng institutu ilə birlikdə otel açıb. Londonda yerləşən məkan qış depressiyası ilə mübarizə aparan insanlar üçün nəzərdə tutulub.
Medicina.az xəbər verir ki, "Tərsinə ev” adlanan otelin interyeri 2017-ci ilin rəngində – "Greenery” qammasında yerinə yetirilib. Məkan müxtəlif bitkilərin çoxlu sayda dibçəkləri ilə bəzədilib. Otaqlardan birində ayışdöşəyi, kolluqlar və ağaclardan ibarət əsl meşə təşkil edilib. Otel əhval-ruhiyyəni qaldırmaq, ilham vermək və mövsümi depressiyadan can qurtarmağa kömək etmək üçün nəzərdə tutulub.