Depressiya, apatiyadan dərmansız xilas olmaq üçün insandan planlı hərəkət və iradə tələb olunur. Qədim təbiblər həyat eşqi sönən insanlara dərmandan əlavə bəzi fizioloji prosedurları da tövsiyə edib.
Bakupost.az xəbər verir ki, hələ Hippokrat ağır depressiyaların qəbizliklə, həzm sisteminin işinin demək olar dayanması ilə getdiyini bildirib.
Ona görə də depressiv xəstələrə müalicəni birinci bitki tərkibli təmizləyici imalələrlə başlayardı.
Eləcə onlara isti vanna, bitki çayları, mineral sular, massaj, zəli və qanalma tövsiyə edib.
Hələ o vaxt müşahidə edirdilər ki, xəstəlik soyuq, günəşsiz aylarda kəskinləşir. Ona görə onlara fototerapiya, işıq, istilik, rənglərlə müalicə də yaxşı təsir edir.
Depressiv insanlar mütləq axşam 9-dan yatağa girməli, səhərə kimi normal yuxu almalıdır. Çünki beyin yuxuda güclənir, dincəlir.
Bu insanlar meyvə, tərəvəzlə yanaşı ət qidaları yeməlidir. Çünki ətdə olan triptofan xoşbəxtlik hormonunu artırır.
Aygün Musayeva
BakuPost