Hansı özəl klinikaya etibar edirsiz? - SORĞU

Depressiyada olanları bu ucuz dərman xilas edə bilər – YENİ TƏDQİQAT

  • 2019.10.31 17:41
  • 6728 Baxış
Depressiyada olanları bu ucuz dərman xilas edə bilər –  YENİ TƏDQİQAT
Müasir insanların ən çox üzləşdiyi psixoloji problemlərdən biri depressiya olduğu üçün alimlər buna qarşı effektiv vasitələri araşdırır.


Medicina.az xəbər verir ki,  Çin alimlərinin Nevrologiya və Psixiatriya dərgisində çap olunan elmi nəticələri aspirinin depressiya müalicəsində effektiv olmasını bəyan edib.


Son illər dərin depressiyanın təməlində immune sistemin sistemin orqanizmdə gedən iltihab reaksiyalarına aktiv reaksiyası nəticəsində yaranması fikri irəli sürülüb.

 


Ona görə alimlər depressiyanın iltihabəleyhinə dərmanlarla müalicə etməyə cəhd ediblər.


Çin alimləri bu metodun həqiqətən təsirli olmasını, yoxsa plasebo olduğunu araşdırıb. Antidepressantlarla yanaşı  iltihab əleyhinə dərmanların da istifadəsinin təhlükəsiz olub-olmaması araşdırılıb.


Bunun üçün 30 elmi işin nəticələri, 1610 depressiyadan əziyyət çəkən pasiyentin məlumatları incələnib.

Məlum olub ki, iltihab dərmanları həqiqətən yaxşı işləyir, antidepressantların təsirini artırır.


Bu birləşmələr depressiyanın ağırlaşma simptomlarını 52% azaldır, eləcə də 79% halda xəstəliyi likvidə edir. 


Alimlər depressiya simptomlarını yüngülləşdirmək üçün aspirin, parasetamol kimi preparatları, eləcə də balıq yağı, Omeqa -3 BAD və statinlər depressiyası olanlar üçün əvəzsizdir və qəbul etsələr xəstəlikləri yüngülləşər. Amma bir şərtlə ki, bu dərmanlar psixiatrın pasiyentə uyğun yazdığı antidepressantla birgə qəbul olunsun.