“Depressiyanın bir səbəbi də qaraciyərin xəstə olmasıdır”
Qaraciyər xəstəliyi nə qədər dərindirsə,
depressiya da bir o qədər açıq aşkar dərinləşir.
Medicina.az xəbər verir ki, bunu rusiyalı hepatoloq Sergey Vyalov bildirib.
O hesab edir ki, qaraciyərin xroniki xəstəlikləri pasiyentin emosional psixi durumuna təsir edir və depressiv pozulmalar yaradır.
Qaraciyər qanı, orqanizmi normal təmizləyə bilmədiyi üçün toksinlər baş beyini zəhərləyir.
52% xəstələr hətta qaraciyərində ağır xəstəliyi bilməzdən öncə depressiya ilə üzləşir və səbəbi bilmir.
Əsəbilik, apatiya, süstlük, yuxululuq, gücün azalması, beynin normal işləməməsi elə qaraciyərin zədələnməsinin də əlamətləridir.