Hansı özəl klinikaya etibar edirsiz? - SORĞU

Depressiyada olan insanlarla bağlı YANLIŞ fikirlər - “Dəlidir, dərman içsə zombi olacaq”

  • 2017.09.15 21:00
  • 25349 Baxış
Depressiyada olan insanlarla bağlı YANLIŞ fikirlər -  “Dəlidir, dərman içsə zombi olacaq”
Əziz Mustafayev, psixiatr



 

 

Ölkəmizdə depressiya və antidepressantlar barədə məlumatlar ya ifrat dərəcədə yalnış yayılıb, ya da insanlar bu haqda lazım olduğundan daha az bilgilidirlər.


Yayılmış yanlış fikirlərin nələr olduğunu ortaya çıxarmaq və əhalini bu barədə maarifləndirmək üçün bəzi məqamlara aydınlıq gətirək.


Əsas yanlış fikirlər:


DEPRESSİYA XƏSTƏLİK DEYİL. 


Özü müalicəsiz keçib gedir. 


Depressiya bekarçılıq, tənbəllikdir.


Həyat keyfiyyətini ciddi şəkildə aşağı salan, intihara aparan əsas səbəb və somatik xəstəlikləri yaradıb ağırlaşdıran ciddi bir xəstəlikdir. 


Depressiya bütün insanlığı əhatə etmiş epidemiyadır. 


Bunlardan başqa, depressiyada olan insanlarla bağlı da yalnış fikirlər var:


Depressiyada olan insan psixiatra mürəciət edirsə, o, dəlidir, dəlixanada yatmalıdır. 


Bu, çox köhnə və absurd fikirdir. İlk olaraq onu qeyd edim ki, hətta ruhi xəstə olub, psixiatrik klinikada müalicə almaqda belə qəbahət yoxdur.

 

Depressiyada isə psixiatrik xəstəxanaya yatmaq vacib deyil. Əgər insan intihara cəhd edibsə, xəstəliyi ilə bağlı özünə qulluq edə bilmirsə, yeganə çıxış yolu xəstəxana şəraitində müalicədir. Müalicə müəyyən qurumda çalışan psixiatrlar tərəfindən anonimlik hüququ qorunmaqla aparılır.


Növbəti səhv fikir – DEPRESSİYA BİR ÖMÜR DAVAM EDİR. Xeyr, zamanında effektiv müalicə depressiyadan tam sağalmağa imkan verir. Xəstəliyin gedişinə bioloji, psixoloji, sosial faktorlar təsir etdiyindən və kliniki mənzərə çox müxtəlif ola biləcəyindən hər pasiyent fərdi olaraq dəyərləndirilir. 


Antidepresantlar həyat və sağlamlıq üçün təhlükəlidir? 


İstənilən dərman preparatı bəzi yan təsirlərə malikdir, bu təsirlər 7 gün ərzində keçir. Önəmli olan məqam dərmanın psixiatr tərəfindən ətraflı müayinədən sonra təyin olunmasıdır – pasiyentin yaşı, cinsi, fiziki durumu ilə yanaşı xəstəlikləri də  nəzərə alındığından, yan təsirlər minimal olur. 

 



Antidepressantlar asılılıq yaradır – ən gülməli fikirlərdən biridir. Bu preparatlar fizioloji olaraq heç bir asılılıq yaratmırlar. Çünki narkomaniya və oyun asılılığı kimi halların, asılılıqların müalicəsində antidepressantlar geniş tətbiq olunur. 


Antidepressantı pasiyent özü aptekdən ala bilərmi? 


Xeyr, antidepressant mütləq həkim psixiatr tərəfindən təyin olunmalıdır. Ətraflı müayinədən sonra fərdi olaraq seçilməlidir. Psixoloq, terapevt, qonşu, aptek işçisi antidepressant təyin edə bilməz. 


Antidepressantı istənilən vaxt dayandırmaq mümkündür fikri də səhvdir. Dərmanın qəbulunu heç bir səbəbdən özbaşına saxlamaq olmaz. Adətən qəbulun ilk günlərində yan təsirlər səbəbindən pasiyent narahat olub dərmanı saxlayır. Bu hal təşviş pozuntusu olan pasiyentlərdə qorxu səbəbindən də olur. Digər səbəb qəbuldan sonrakı 2-3 ay ərzində durumun yaxşılaşması, daha dərmana ehtiyac görülməməsidir. Müalicənin effektli olması üçün antidepressantlar 6 aydan -2 ilə kimi müddətdə qəbul olunmalıdır. Məhz bu halda uzunmüddətli sağalma mümkündür. Özbaşına dərmanın kəsilməsi müalicəni faydasız edir, simptomların geri qayıtmasına səbəb olur. 


Doza, qəbul vaxtı, müddət və qaydalar yalnız psixiatr nəzarətində olmalıdır.

 

YALNIŞ məlumatlardan daha biri - antidepressant insanı zombiyə çevirir. 


Depressiya, fobiya, təşviş nəticəsində əmələ gələn patoloji hissləri aradan götürmək tam əksinə insanın normal əhval-ruhiyyəsini bərpa edərək, normal həyat və işinə dönməsinə kömək edir. 


Özünüz və yaxınlarınızın depressiyada olduğunu düşünürsüzsə, vaxt itirmədən psixiatra müraciət etmək lazımdır. 

Depressiyada olan insanlarla bağlı YANLIŞ fikirlər -  “Dəlidir, dərman içsə zombi olacaq”
Depressiyada olan insanlarla bağlı YANLIŞ fikirlər -  “Dəlidir, dərman içsə zombi olacaq”