Hansı özəl klinikaya etibar edirsiz? - SORĞU

Depressiya, xəstəlik xəstələri, nevroz... COVID-19-un artırdığı problemlər

  • 2020.10.12 17:03
  • 2749 Baxış
Depressiya, xəstəlik xəstələri, nevroz...  COVID-19-un artırdığı problemlər
Pandemiya bir çoxumuzun psixologiyasına təsir edib.

Medicina.az xəbər verir ki, həkimlər bunun səbəb olduğu xəstəlikləri açıqlayıblar:



Depressiya

Uzun müddət yaxınlarımızdan uzaq qalmaq, xüsusi ilə də yalnız yaşayanlar üçün depressiya səbəbi oldu. Bu çox insanda ümidsizlik, dəyərsizlik, enerji itirməsi, əsəbilik, çarəsizlik kimi psixoloji hallara, yəni depressiyaya yol açdı.

Panika

Virusla qarşılaşmaq qorxusu, panik atakları artırdı. Bu zaman sinə ağrısı, nəfəs ala bilməmək, döyüntü, tərləmə, nəfəsin kəsilməsi, üşümə, titrəmə kimi hallar ola blər.

Sarışan hallar nevrozu

Virusdan özümüzü qorumaq məqsədi ilə tez-tez əl yumaq, ətrafı yuyucu vasitələrlə təmizləmək, hər şeyi yumaq vərdişlərimiz yarandı. Bunların həyatımızda xüsusi bir yer alması təmizlik tipli nevroz xəstəliyidir.



Xəstəlik xəstələri

Bu müddətdə hamımız koronovirusun simptomlarını əzbərlədik. Gündən-günə virusun yeni simptomlarını eşitmək, tez-tez özümüzdə yeni xəstəlikləri araşdırmağımıza səbəb oldu. Xəstəlik xəstələri mütəmadi olaraq bədənində xəstəlik axtaranlardır.

Ailə və həyat yoldaşı problemləri

Eyni yerdə sıx olaraq yaşayan ailələrdə mübahisə çox olur. Hətta boşanma halları da artar. Pandemiyada da ailədə evdən çıxmamağa görə mübahisələr artıb.