Dünyanın ən qlobal xəstəliklərindən biri olan xərçəng xəstəliyinin səbəblərini tapmaq üçün alimlər bir çox araşdırmalar edib. Mütəxəssislər, depressiya və narahatlığın orqanizmdə xərçəng hüceyrələrinin yaranmasına və inkişafına təsir edəcəyindən şübhələndilər.
Bəzi tədqiqatlar depressiya, narahatlıq və xərçəng arasındakı əlaqəni təsdiqlədi, digər tədqiqatlar isə heç bir və ya kiçik bir əlaqə tapmadı.
“Medicina” xəbər verir ki, Hollandiya, Böyük Britaniya Norveç və Kanadada aparılan çoxsaylı araşdırmalar depressiya və aşırı narahatlığın xərçəngə səbəb olma ehtimalını tədqiq edib. Fərziyyələrə əsasən, bu tip narahatlıqların xərçəngə tutulma riskini artırdığı düşünülsə də, tədqiqatlar əsaslı sübut tapmayıb.
Amerika Xərçəng Cəmiyyətinin rəsmi jurnalında dərc edilən məlumata görə, əhali arasında tez-tez yaşanan depressiya və narahatlıq halları xərçəngin əksər növlərinə yüksək yoluxma riski daşımır.
Araşdırma işində olan komanda ümumi döş, prostat, alkoqolla əlaqəli xərçənglər arasında 26 yaşa qədər insanlar arasında araşdırma aparsa da, bu xəstəliyin depressiya və ya narahatlıq səbəbi olma ehtimalı ilə bağlı heç bir əlaqə tapmadı.
Aparılan araşdırmaya əsasən, depressiya və aşırı narahatlıqda fərqli olaraq, siqqarət və alkoqol qəbulu bu xəstəliyə tutulma riskini əhəmiyyətli dərəcədə artırır. Beləliklə, bu araşdırma zərərli vərdişlərlə mübarizənin vacibliyini təsdiqləyir.
Xanım