Pandemiya 5 milyon insanın ölümünə səbəb olsa da, qalan milyonlarla insanı depressiyaya saldı. Depressiya əslində digər fiziki xəstəliklərdən də ağır sindromdur. İnsan həm mənəvi, həm fiziki cəhətdən yorulur, həyat eşqi sonur.
Artıq bir çox alimlər pandemiyadan sonra ruhi, psixi xəstəliklər pandemiyasının gələcəyini proqnozlaşdırıb. Depressiya insanları intihara da sürükləyir. Ona görə bu xəstəliyin müalicəsini vaxtında etmək lazımdır.
Medicina.az depressiyanın yaranmasına səbəb olan əsas faktorları təqdim edir.
Bunlara:
- Normadan artıq iş saatı, ofis işi, oturaq həyat tərzi
- Yuxusuzluq
- Zərərli qidalanma, trans yağlar
- İnsulin dirənçi
- Artıq çəki, piylənmə
- Bağırsaq mikroflorasının pozulması
- Çirkli hava, çirkli su
- Psixi gərginlik, uzun müddətli stress
- Zəif qidalanma səbəbindən avitaminoz
- Hormonal pozundular
- Torsoplazmoz – itlərdən, pişiklərdən keçən parazit aiddir
Depressiyada olan pasiyenti həkim psixiatr, nevroloq, endokrinoloq müayinə etməli, lazımi analizlər verilməli, eləcə də psixoterapevt seansları keçirilməlidir.
Çoxsaylı təcrübələr göstərib ki, aşağıdakı tədbirlər xəstələrin vəziyyətini xeyli yaxşılaşdırıb.
- Quru qızarmış yeməklər, fast fooddan imtina etmək
- Bol su, maye, meyvə, tərəvəzli qidalanmaya keçmək
- İdman, fiziki aktivlik, fiziki iş
- Təmiz zeytun yağından istifadə
- Təbiətdə istirahət, çoxlu piyada gəzmək
- İş yerini dəyişmək
- Yuxunu qaydaya salmaq
- Şəkəri azaltmaq, vitaminləri qəbul etmək