Hansı özəl klinikaya etibar edirsiz? - SORĞU

Depressiya, nevroz, təşviş pozuntusu olanlara 30 məsləhət – Nələr etməli, nə yeməli?

  • 2021.04.26 16:50
  • 4917 Baxış
Depressiya, nevroz, təşviş pozuntusu olanlara  30 məsləhət  – Nələr etməli, nə yeməli?


Çox gərgin emosional psixikası olan, təşviş pozuntusu, nevroz, stress, depressiya, panik atak, apatiyadan əziyyət çəkən insanlara nə kömək edə bilər?


Bura psixiatr və ya nevroloqun təyin etdiyi dərman müalicəsi, sakitləşdiricilər, eləcə də psixoloq və psixoterapevt yanında aylarla davam edən psixoloji müalicə, təhlil və davranış qaydaları daxildir. Amma bu adamlar həm də orqanizmlərində kəskin mineral vitamin defisitini aradan qaldırmalı, hormonları qaydaya salmalı və müntəzəm, yaxşı, faydalı qidalanmalıdır.


Medicina.az bu insanlara müalicəvi təsir edəcək 10 texnika və 15 qidanı təqdim edir:

1. Açıq havada, günəş altında çox olmalı – çünki vitamin D əskikliyi əsəbi, depressiyanı daha da dərinləşdirir. Eləcə də açıq hava, gün işığı xoşbəxtlik hormonlarını artırır.

2. Massaj, iqloterapiya – bədənin stress yaddaşını, gərginliyi, əzələlərdəki spazmı götürür
3. Tənəffüs məşqləri - youtubda müxtəlif cür ekzersizlər var.

4. Heyvanlar – evdə heyvan saxlamaq stresi azaldır, depressiyadan çıxarır
5. Aromaterapiya – efir yağları narahatlığı götürür. Bunun üçün evə arolampa alıb, hər gün istifadə etmək və sizə yaxşı təsir edən yağı tapmaq kifayətdir

6. Sauna, isti hamam – çox nevroz adamlara isti hamam pis təsir etsə də, depressiyada olanlar üçün effektivdir
7. Seksual aktivlik, cinsi həyat – beynin funksiyalarına yaxşı təsir edir, xroniki stresdə effektivdir.

8. Hovuz, üzgüçülük – ostexondroz, onurğa, boyun, baş ağrıları ilə müşayiət olunan nevrozlarda
9. Mediyasiya – burda və indi olmaq, beynin fikirlərini indiyə cəmləmək üçün lazımdır. Təşvişdən xilas olmaq və təşvişli halda beyini, emosiyaları, bədəni cilovlamağın ən metodik yoludur

10. İdman, fitnes – noradrenalin, kortizol, adranelin kimi stress hormonlarını bədəndən qovmaq və azaltmaq üçün idman zalından gözəl vasitə yoxdur. Panik atsk keçirən, xüsusən oğlanlar üçün



Pəhriz, qidalanma, vitaminlər, otlar

Bu problemləri olan insanlarda serotonin, triptofan kimi maddələrin əskikliyi olur. Bu da digər tərəfdən beyinin rahat olması, insanın özünü xoşbəxt hiss etməsinə mane olur.

Triptofanlı qidaların artırılması və qidalanmanın dəyişməsi təşvişi azaldır, simptomları götürür.

Triptofanla zəngin qidalar:

- Soya
- Küncüt
- Balqabaq tumları

- Mozarella və parmezan pendiri
- Banan
- Qara şokolad

- Hind quşu və toyuq əti
- Qara gavalı

- Süd və süd məhsulları
- Araxis
- Çiyələk

Ot bitkiləri:

Razyana – bağırsaq və baş beyini sakitləşdirir
Lavanda – neyromediatları rahatladır

Çobanyastığı – yüngül sedativ təsir edir
Melissa – yuxusuzluq, depressiya, nevrozlar üçün

Bağırsaq mikroflorasını bərpa etmək üçün probiotiklər qəbul etmək. Nə qədər çox canlı bakteriyası olan probiotik seçilsə bir o qədər yaxşıdır.

Yaşıl və keyfiyyətli qara çayda olan L-teanin stresi götürür. Eləcə də son illər dəbdə olan matça çayı.
Balıq yağı və omeqa 3-6. Aptekdən əldə edə bilərsiz.

Qara zirə - koqnitiv funksiyaları yaxşılaşdırır, eləcə də bağırsaqlarda köp basqısını, xroniki iltihabı götürür.
Vitamin C – stress zamanı çox azalır və mütləq orqaniznmdə fəsad yaradır

Zəfəran – təbii antidepressantdır. Beyni gəncləşdirir
Maqniy və D vitamini – mütləq hər gün qəbul edilməlidir