Hazırda cəmiyyətdə həm xroniki tükənmə sindromu, həm də depressiya halları artıb.
Bir çox gənc yorğunam deyib, əslində depressiyada olduğunu anlamır, bir çoxları isə depressiyadayam desə də, əslində professional tükənmə sindromundadır.
"Medicina" insanı ruhən çökdürən hər iki halın fərqli əlamətlərini təqdim edir.
Depressiyanın əsas 3-lük triada əlaməti bunlardır.
- 1 aydan artıq müddətdə əhval -ruhiyyənin itməsi, qüssə
- Hərəkət tormozlanması - insana hərəkət etmək, məsələn iş görmək, evdən çıxmaq, hətta yatağından qalxıb əl-üzünü yumaq çətindir
- Fikir tormozlanması - diqqət yayqınlığı, fikirlər çox qarışıqdır, hər hansı bir şeyə diqqət cəmləmək, qərar vermək ləngdir.
Bu nitqdə, danışıqda da özünü göstərir, insan çox pauza verir, az danışır.
Bu 3 əlamətə qoşulan və xroniki yorğunluqlda da rast gəlinən yanaşı əlamətlər:
- Özünə qapanma
- İşə marağın olmaması
- Əvvəlki həvəs etdiyi arzu istəyə həvəsin olmaması
- Pessimizm, gələcəyə ümidsizlik
- Bədbin danışıq
- Qıcıqlanma - hər hansı əhval qaldırıcı məqamlara sərt reaksiya
- Səbəbsiz göz yaşı, kədər
- Yuxu pozulması, gündüz yuxulama
- Cinsi istəyin azalması, itməsi
- Xarici görünüşə fikir verməmək,
- Güc azlığı, enerjisizlik
Bu halları tam ayırd etmək, dəqiq diaqnoz üçün pasiyent mütləq nevroloq və psixiatra müraciət etməlidir.
Depressiya təkcə psixoloq seansları ilə sağalmır.
Aygün Musayeva