Hansı özəl klinikaya etibar edirsiz? - SORĞU

Depressiya dərmanından süd vəzisi böyüyən kişi dava açdı – 8 milyon TƏZMİNAT

  • 2019.10.10 17:52
  • 5232 Baxış
Depressiya dərmanından süd vəzisi böyüyən kişi dava açdı –  8 milyon TƏZMİNAT
Məşhur dərman markası ondan şikayətçi olan şəxsə 8 milyon dollar təzminat ödəyəcək.


Medicina.Az xarici mətbuata istinadən xəbər verir ki, 26 yaşlı N.Murray adlı şəxs qəbul etdiyi dərmanların süd vəzilərini böyütdüyünü iddia edərək məşhur  "Johnson and Johnson” şirkətini məhkəməyə şikayət edib. 


Məhkəmənin qərarı isə şəxsin leyhinə çıxarılıb. Adı çəkilən marka, aldığı anti-psixotik dərmanların döşlərini böyütdüyü və bunula bağlı dərmanların üzərində heç bir xəbərdarlığın olmadığını iddia edən şəxsə 8 milyon dollar təzminat ödəməyə məhkum edilib. 


2003-cü ildə autizm spektri pozğunluğu diaqnozu qoyulan Murray, bu dərmanı istifadə etməyə başladıqdan sonra döşlərinin böyüdüyünü söylənilir. Rispedral adlı dərman şizofreniya və bipolyar pozğunluğu müalicə etmək üçün istifadə olunur. Murrayın vəkilləri məhkəmədə şirkəti "qazancı xəstələrin sağlamlığından öndə tutma”sına görə ittiham edib.


Xatırladaq ki, Amerikanın nəhəng əczaçılıq şirkətinin adı başqa davalarda da hallanır. Belə ki, şirkət uşaq kirşanlarının tərkibindəki zəhərli maddələrə görə də məhkəməlik olub. Bundan başqa avqust ayında şirkət Oklahoma ştatında asılılıq yaradan ağrıkəsicilərlə ictimai ziyan vurduğuna görə 572 milyon dollar məbləğində cərimə edilib.