Depressiya 22 müxtəlif xəstəliyə səbəb olur.
Medicina.az məlumat verir ki, bu barədə Cənubi Avstraliya Universitetinin nəzdində olan dəqiq sağlamlıq mərkəzinin alimləri 337 536 nəfərin məlumatları əsasında araşdırma aparıb.
Araşdırmaların nəticəsinə görə, depressiv pozğunluq ürəyin işemik xəstəliyi, astma, ezofagit, qastroenterit və sidik sisteminin pozğunluğuna səbəb olur.
Depressiyanın nəticələrini azaltmaq üçün həkimlər qidalanmağa böyük diqqət ayırmağı və ümumiyyətlə sağlam həyat tərzinə riayət etməyi məsləhət görür.