Milli Məclisin deputatı Madər Musayev vəfat edib.
"Medicina" xəbər verir ki, 75 yaşlı deputat xəstəlikdən dünyasını dəyişib.
O, bir həftə idi ki, reanimasiyada idi. Millət vəkilinin ayağı sındığı üçün əməliyyat olunmuşdu. Eləcə də onun diabetdən əziyyət çəkdiyi bildirilir.
Qeyd edək ki, Madər Musayev 26 noyabr 1947-ci ildə Bakı şəhərində anadan olub. Moskva Koperativ İnstitutu Bakı filialının sənaye əmtəəşünaslığı və ticarətin təşkili fakültəsini bitirib. 1964-cü ildən Bakı şəhərində satıcı şagirdi, kiçik satıcı, baş satıcı, 1971-ci ildən mağaza müdiri, 1976-cı ildən universamda baş satıcı işləmişdir. 1986–1995-ci illərdə “Bahar” ticarət mərkəzinin müdiri vəzifəsində çalışıb.
XII çağırış Azərbaycan Respublikası Ali Sovetinin, I , II, III, IV, V və VI çağırış Azərbaycan Respublikası Milli Məclisinin deputatı olub.
“Şöhrət” və “Şərəf” ordenləri, 1-ci dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif edilib.