Maximo Napa Kastro özü ilə kifayət qədər qida və su ehtiyatı götürdüyünə inanaraq qayığı ilə dənizə çıxmışdı.
“Medicina” xəbər verir ki, Perulu balıqçı qayığının mühərrikinin qəfil xarab olacağını görə bilməzdi.
O, 95 gün qayıqda, açıq dənizdə qaldı. Xilas olunacağını gözləyərkən adam balıq, tarakan (gəmidə yaşayan) yeyib, həmçinin quş ovlayıb.
Gecə quşlar gəlib gəmisinin damında yuxuya gedəndə Maximo onları vurub tuturdu.
Bundan əlavə, tısbağaların qanını içməli olub, çünki dəniz suyu içməyə yararlı deyil. Yalnız 95 gün sonra zavallı balıqçı helikopterdən göründü və xilasedicilər köməyə gəldi.
O, uzun müddət dua edib, ailəsini fikrində saxlayaraq, Allahdan rəhmət eləməsini diləyib.
Aygün Musayeva