Alimlər dəniz kənarında yaşayan insanların daha sağlam olduğunu aşkar ediblər.
Medicina.az xəbər verir ki, Belçikadakı Flaman Dənizçilik İnstitutu, Gent Universiteti və Antverpen Universitetinin alimləri tərəfindən aparılan araşdırma dəniz kənarında yaşayanların dənizə çıxışı olmayan ərazilərdə yaşayanlardan daha sağlam olduğunu göstərib.
“Dəniz havasının insanlar üçün faydalı olduğuna dair çoxlu sübutlar var idi. Bu, yeni araşdırma isə dəniz havası ilə immunitet sistemi arasında əlaqə olduğunu ortaya çıxardı. Dəniz suyu immun sistemini aktivləşdirən bakteriya və kiçik orqanizmlərlə doludur. Dəniz dalğalandıqca mikroskopik damcılar havaya qarışır və biz onlarla dolu havanı içimizə çəkirik. Bu bakteriyalar immunitet sistemini aktivləşdirir. Onlarla müntəzəm təmasda olmaqla şəkərli diabet, xərçəng və iltihab kimi problemlərin qarşısını almaq olar”, - araşdırmanı aparan alim Marten De Riyke deyib.
Alimlərin fikrincə, indi isə bu təsirin nə qədər güclü olduğunu araşdırmaq lazımdır.
Aysel