Türkiyənin Cumhuriyyət Xalq Partiyasının (CHP) keçmiş lideri Dəniz Baykal “donuz qripi” olub.
Medicina.az xəbər verir ki, influenza virusuna yoluxan siyasətçi yüksək temperatur, halsızlıq şikayəti ilə xəstəxanaya yerləşdirilib. Baykalın müalicəsinə başlanılıb.
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla Səhiyyə naziri Fəxrəddin Koca Baykala zəng edərək şəfa diləyiblər.