Hansı özəl klinikaya etibar edirsiz? - SORĞU

Deniz Akkaya ruhi xəstəxanaya yerləşdiriləcək?

  • 2024.11.06 16:42
  • 628 Baxış
Deniz Akkaya ruhi xəstəxanaya yerləşdiriləcək?
Türkiyəli model və aktrisa Deniz Akkayanın bütün mal –mülkünə qadağa qoyuldu, özünün isə xəstəxanada məcburi müalicəsinə qərar verildi.


“Medicina” xəbər verir ki, keçmiş əri Efe ÖZbilginin açdığı məhkəmədə Akkayanın əqli sağlığının yerində olmaması iddia edilib.


Belə ki, 27 may tarixində Akkayan 16 yaşındakı qızının telefonunu alıb orda axtarış edib, daha sonra qıza fiziki şiddət göstərərək, onu cəzalandırıb və 2 saat balkonda saxladığını bildirib.


Hadisədən sonra qızı evdən qaçaraq atasına gedib və onun vilayəti atasına verildi.


Akkaya isə təqsirli bilinərək 4 ay həbs cəzası alıb.

Daha sonra Efe Ozbilgin Akkayanın psixoloji problemi, bipolyar pozuntusu olduğunu iddia edərək vəsadət davası açıb.

Akkayanın psixotrop maddələr istifadə etdiyi, mal və pulunu anlaqsız xərlclədiyi, qorunmaya ehtiyac olduğu iddia edilir.

Məhkəmə Akkayanın Ruh sağlığı və Sinir xəstəlikləri xəstəxanasına yerləşdirilməsinə qərar çıxarıb, lakin son qərar 27 yanvar, 2025-ci il tarixli iclasa qədər ertələnib.


Aygün Musayeva