Aparıcı Elgiz Əkbər vəsiyyətini açıqlayıb.
Medicina.az xəbər verir ki, o məzara təmtəraqlı baş daşı qoyulmasını tənqid edib:
"Son vaxtlar baş daşı üstündə çox söz-söhbətlər düşür. Vəsiyyətimi etmişəm, mənə lazım deyil. Nə edirəm onu? Demişəm, baş daşı qoymasınlar. Adi bir daş qoyulsun, yazılsın "filankəsov filankəs", bəsimdir. Ölüsü ölən 40-ı çıxmamış başlayırlar düzəltməyə: birindən 20, başqasından 15 borc alırlar".
"Elgizlə izlə"də qonaq olan Əməkdar artist Kübra Əliyeva da onun sözlərini təsdiqləyərək, eyni vəsiyyəti etdiyini deyib.