Anemiya özü poliorqan yetməzliyidir və müalicə olunmadıqda, xroniki xəstəliklərə səbəb olur ki, onların müalicəsi daha çətin olur.
“Medicina” xəbər verir ki, həkim Yekaterina Kaşux anemiyanın əlamətlərini sadalayıb.
“Bədəndə tonusun olmaması, yorğunluq və əzginlik dəmir azlığının siqnalı ola bilər.
Əgər dəmir defisiti uzun müddət davam edərsə, bir sıra xroniki xəstəliklər yaranacaq. Bunlardan təngnəfəslik, ürək zəifıyi, immunitet zəifliyi, qalxanvari vəz və psixi problemləri ğöstərmək olar.
Qanazlığı olanlar depressiv, ağlağan olur, yaddaş problemi və zehni yorğunluq keçririr.
İnsan səhər oyanan kimi artıq özünü yorğun hiss edir, xarici əlamətlər isə bunlardır:
- Nəbzin azalması
- Bənizin ağarması
- Baş ağrıları
- Dırnaq, saç tökülməsi
- Ağızda, dildə yaralar
Ət və ət məhsulları, heyvani qidalar yeməyənlər və vegeterianlarda anemiya olur.
Anemiyanın növləri çoxdur, özbaşına dərman qəbulu olmaz”.
Aygün Musayeva