Hansı özəl klinikaya etibar edirsiz? - SORĞU

Dəmir çatışmazlığını evdə analizsiz necə müəyyən etməli?

  • 2022.04.28 15:16
  • 2271 Baxış
Dəmir çatışmazlığını evdə analizsiz necə    müəyyən etməli?


Məşhur həkim və teleaparıcı Aleksandr Myasnikov orqanizmdə dəmir çatışmazlığının aşkar edilməsi yolundan danışıb. O qeyd edib ki, bunu hətta evdə də edə bilərsiniz.

Medicina.az xəbər verir ki, “Rossiya-1” telekanalının efirində çıxış edən həkim bunun üçün çuğundur yeməyin kifayət etdiyini bildirib.

“Bədəndə kifayət qədər dəmir yoxdursa, çuğunduru yedikdən sonra sidik solğun çəhrayı rəngə çevrilir. Bundan əlavə, buz parçasını dişləmək istəyi də həyəcan təbilindən xəbər verir. Uşaqlar ağızlarına buz qoyurlarsa, o zaman ümumi qan analizi aparılmalıdır. Uşaqda qurdlar və ya qan azlığı ola bilər”, - həkim əlavə edib. /publika.az/