Qanda aşağı səviyyədə dəmir həyati təhlükəli tromblaşmaya səbəb ola bilər.
"Medicina" xəbər verir ki, terapevt İrina Andreyeva qanazlığı və dəmir defisitinin fəsadlarından danışıb.
"Yeni elmi araşdırmalar göstərib ki, damar problemi və qan laxtalanması problemi olan xəstələrdə dəmir defisitinin müalicəsi tromb əmələ gəlməsinin qarşısını almaqda xeyli kömək edir.
Genetik qan -damar xəstəliyinin əlamətləri burundan və bağırsaqdan qan açılmadır, sonradan bu xəstələrdə tromb riski artır.
Qanda aşağı dəmir potensial riskdir.
Əgər bu elmi kəşf əhalinin sağlamlığında tətbiq olunsa, bütün səhiyyəyə təsir edəcək.
Çünki insanlar trombdan vəfat edir.
Bir çox pasiyentlərdə tromb əmələ gəlməsi üçün məlum faktorlardan heç biri bəzən olmur. Deməli, burda dəmir defisitini araşdırmaq lazımdır.
Dəmir orqanizmdə oksigeni qanla bütün bədənə normal çatdırmaq üçün lazımdır.
Dəmir mənbəyi qidalar:
- Mal qaraciyəri
- Qırmızı ət
- Quru meyvələr
- Qoz, badam, paxla
- Soya
Aygün Musayeva