Oksford Universitetinin alimləri müəyyən ediblər ki, 48-70 yaş arasında balıq, paxlalılar və tərəvəz yemək sonrakı illərdə demans riskini azaltmağa kömək edir.
“Medicina” xəbər verir ki, araşdırmada 512 britaniyalı iştirak edib. 21 il ərzində elm adamları könüllülərin pəhrizləri haqqında məlumat toplayıb, onların hər birinin bel və omba ətrafını ölçüblər.
Nəticələr balıq, zeytun yağı, tərəvəz, meyvə və paxlalılar yeyən könüllülərin idrak qabiliyyətlərinin daha yaxşı olduğunu göstərib.
Pəhrizdə olan insanlar beynin informasiya və yaddaşın emalında əsas rol oynayan hissəsi olan sol hipokampus və ilk növbədə vizual məlumatın emalından məsul olan oksipital lob arasında əlaqənin yaxşılaşdığını göstərdilər.
Alimlər onu da qeyd ediblər ki, düzgün qidalanmanın ən bariz qoruyucu təsiri 48-70 yaş arasında müşahidə olunur.
Ona görə 46 yaşdan sonra mütləq qidalanmanı dəyişin.
Aygün Musayeva