Hansı özəl klinikaya etibar edirsiz? - SORĞU

Demensiya ilə bağlı gözlənilməz addım: 9 il öncədən...

  • 2024.06.12 15:37
  • 931 Baxış
Demensiya ilə bağlı gözlənilməz addım:  9 il öncədən...
Yeni bir araşdırmaya görə, 10 dəqiqəlik beyin skanı demensiya əlamətlərini simptomlar görünməzdən illər əvvəl aşkar edə bilər.

Medicina.az xəbər verir ki, tədqiqatçılar "istirahət" halındakı beynin fəaliyyətini təhlil etmək üçün beyin skanından istifadə edərək, təxminən on il əvvəl demensiyanı 80 faiz dəqiqliklə proqnozlaşdıra biləcəklərini deyirlər.

Demensiyanın erkən diaqnozu həkimlərə tədbirlər görmək və xəstəliyin necə inkişaf etdiyini öyrənmək üçün daha çox vaxt verəcək.

Alzheimer kimi xəstəliklərin proqnozlaşdırılması üçün nəzərdə tutulan yeni üsul doqquz il əvvəldən diaqnoz qoya bilməyi vəd edir.

"Gələcəkdə kimdə demensiyanın inkişaf edəcəyini proqnozlaşdırmaq, demensiya simptomlarına səbəb olan beyin hüceyrələrinin geri dönməz itkisinin qarşısını ala biləcək müalicələrin inkişafı üçün çox vacibdir", - deyə London Queen Mary Universitetinin nevroloqu Çarlz Marşall bildirib.

Təxminən min insan üzərində apardıqları təcrübələr zamanı komanda bəzi beyinlərdə demensiya əlamətlərini illər öncədən aşkarlaya bilib.

Aysel