2016-cı illə müqayisədə dəm qazından zəhərlənmələr azalıb.
Medicina.az publika.az-a istinadən xəbər verir ki, bu barədə Səhiyyə Nazirliyinin baş taksikoloqu Azər Maqsudov məlumat verib.
O qeyd edib ki, ötən illə müqayisədə bu il dəm qazından zəhərlənmə ilə müraciət edənlərin sayının azalmasında KİV-nin maarifləndirmə tətbirlərinin əhəmiyyəti çoxdur:
"2016-cı ildə toksikoloji mərkəzə 455 nəfər dəm qazından zəhərlənmə diaqnozu ilə qəbul edilib. Amma aparılan təbliğat nəticəsində 2017-ci ildə bu rəqəm 207 nəfər olaraq qeyd olunub. Bu il dəm qazından zəhərlənmə ilə bağlı daxil olan xəstələrədən 1 nəfər ölüb. Ötən il isə heç bir ölüm halı qeydə alınmayıb".