Hansı özəl klinikaya etibar edirsiz? - SORĞU

Dəm qazından 21 nəfər zəhərlənib - RƏSMİ

  • 2021.03.16 09:47
  • 1998 Baxış
Dəm qazından 21 nəfər zəhərlənib -  RƏSMİ

Mart ayının ilk 15 günü ərzində dəm qazından zəhərlənmə ilə bağlı 21 müraciət olub.

Medicina.az xəbər verir ki, bu barədə 1 saylı Kliniki Tibbi Mərkəzinin (KTM) Toksikologiya şöbəsinin rəhbəri Azər Maqsudov məlumat verib.

Həkim bildirib ki, bu müddət ərzində dəm qazından zəhərlənmə ilə bağlı şöbəyə müraciət edənlərdən 16 nəfər stasionar müalicəyə götürülüb:

“Dəm qazından zəhərlənən 16 nəfərdən ikisi azyaşlı olub. Bundan başqa metil spirit ilə zəhərlənən 14 yaşlı oğlan da xəstəxanaya gətirilib. O, çox ağır vəziyyətdə olub, sağaldıqdan sonra evə buraxılıb.
Toksikologiya Şöbəsinə dərman zəhərlənməsi ilə 20-dən çox müraciət olub, onlardan 14 nəfər şöbəyə qəbul olunub. Səkkiz nəfər isə allergik reaksiya ilə şöbəyə qəbul olunub”.

Həkim fevralın ilk 10 günündə Kliniki Tibbi Mərkəzin Toksikologiya şöbəsinə qəbul edilən xəstələr arasında ölüm halının qeydə alınmadığını qeyd edib.